Formula-1 zamanı sürücülər bu yollardan istifadə etməlidir - DYP-dən AÇIQLAMA - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 27 May 2021 | 13:22
OXUNUB: 4092

Xəbər verildiyi kimi cari ilin 31 may tarixindən 8 iyul tarixinədək Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakı şəhəri ərazisində avtomobillərin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin bir neçə yolları bağlanacaq. 
Avtosfer.az bildirir ki, Baki şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli sürücülərə alternativ yolların siyahısını təqdim edib.

  • Afiyəddin Cəlilov, Mehdi Mehdizadə küçələrində, Yusif Səfərovla kəsişmədə hərəkət sağa
  • Yusif Səfərov küçəsindən sağa-yalnız 28 may küçəsinə 
  • 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər
  • Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə
  • Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lokbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə 
  • Bakı Zığ yolu Nobel prospekti, eləcə də Hava limanı Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev, Babək prospekti,10-cu zavod dairəsi Nərimanov rayonu ərazisindən keçərək 
  • Fətəli Xan Xoyski küçəsilə Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.
  • Üzeyr Hacibeyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib.  Avtomobil sürüclərindən mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. 

Aysel 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man