Binəqədidə baş verən yol qəzasında nənə və nəvəsi xəsarət alıb

Yol qəzaları 27 May 2021 | 08:11
OXUNUB: 1224

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Həsənov İsgəndər Asif oğlu, 1968-ci il təvəllüdlü Bədəlova Cəmilə Osman qızı və onun nəvəsi 2011-ci il təvəllüdlü Rzazadə Bayram Ruslan oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

C.Bədəlovaya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, B.Rzazadəyə sağ budun çıxığı, sol baldırın əzilmiş yarası, İ.Həsənova isə sağ dizin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdrıma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man