Azərbaycanda uşaqlar da peyvənd olunacaq? - "Əks təsirləri ola bilər..."

25 May 2021 | 15:13
OXUNUB: 2773
Artıq bəzi ölkələrdə koronavirus əleyhinə vaksinasiya təkcə 18 yaşdan yuxarı şəxslər üçün deyil, eyni zamanda uşaqlar üçün də nəzərdə tutulub. Hətta bu gün ABŞ-da 8 aylıq körpə virus əleyhinə peyvənd olunub.
 
Maraqlıdır, eyni addım Azərbaycanda da atıla bilərmi? 

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov uşaqların vaksinasiya olunmasını tövsiyə etmədiyini bildirib:

"18 yaşdan aşağı uşaqların koronavirus əlayehinə peyvənd olunması barədə məlumatlar mövcuddur. Ola bilsin ki, bizdə də bu qayda qəbul edilsin. Lakin yeniyetmələrə virus əleyhinə vaksin olunmağı məsləhət görmürəm. Çünki vaksin uşaqlarda yan təsirlər yarada bilər".

Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov da oxşar fikirlər səsləndirdi:

"Yeniyetmələr xəstəliyi yüngül keçirdiyi üçün onların vaksinasiyaya ehtiyacı yoxdur. Çox güman ki, bizdə bu proses həyata keçirilməyəcək. Lakin yenə də TƏBİB-in qərarını gözləmək lazımdır. 

Peyvəndin məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxsalar, bu proses ağır keçməsin. Onsuz da uşaqlar koronavirusa yoluxsalar belə, xəstəliyi ağır keçirmirlər. Vaksinasiyanın isə uşaqlarda əks təsirləri ola bilər. Düzdür, bununla bağlı təcrübə yoxdur, amma necə ki, yanaşı xəstəliyi olan şəxslər koronavirusa yoluxarkən xəstəliyi ağır keçirir, uşaqlarda da vaksinasiya belə nəticələnə bilər".   
    
Əzizə Zeynal
Sfera.az



Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man