“Polis vətəndaşın inzibati məsuliyyətə cəlb edilməsində maraqlı deyil” - Elşad Hacıyev

İctimai nəqliyyat 26 May 2021 | 15:50
OXUNUB: 1854

“Polis heç bir halda vətəndaşın xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsində maraqlı deyil”. Bu sözləri “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, bu gün hüquq mühafizə orqanlarının, polis əməkdaşlarının üzərinə belə bir öhdəlik qoyulmayıb: “Biz yalnız karantin qaydaları çərçivəsində vətəndaşların sosial məsafəyə ciddi riayət etməsini tələb edirik. Çünki insan həyatı, insan sağlamlığı ilə bağlı risk var. Bu riski gözardı etmək olmaz. Bizi narahat edən məsələlərdən biri aktiv koronavirus xəstələrinin ictimai yerlərdə hərəkət etməsidir. Bu da cinayət məsuliyyəti yaradır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man