Yol polisləri halı pisləşən sərnişinin həyatını xilas edib. Bu barədə xəstənin yol yoldaşı Avtosfer.az-a məlumat verib. Belə ki, Tovuzdan Bakıya gələn xanımın halının pisləşdiyini görən sürücü, avtomobili Navahi postunun qarşısında dayandıraraq yol polislərindən kömək istəyib. Vəziyyəti görən polislər təzyiq və nevroz xəstəsi olan xanıma dərhal ilkin yardım göstərərək əraziyə təcili tibbi yardım xidmətini çağırıb. Xanım Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırıldıqdan sonra vəziyyəti normallaşıb və xəstə, yaxınlarına təhvil verilənə qədər həmin yol polisi əməkdaşları onunla yaxından maraqlanıblar.
“Polislərdən biri cibindən xəstənin yol xərclərini və digər ehtiyaclarını ödəyəcək qədər pul çıxararaq onunla xəstəxanaya gedəcək şəxsə verib. Bu cür insani keyfiyyətlərə malik polislərimizin olması insanı çox sevindirir”- deyərək xəstənin yol yoldaşı Günay Nəriman bildirib.
O, Navahi postunda xidmət aparan yol polisi əməkdaşlarına və həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man