DİN-dən Təbriz Gülalıyevin düşdüyü avto qəza ilə bağlı AÇIQLAMA

Yol qəzaları 26 May 2021 | 13:31
OXUNUB: 579

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin dünən düşdüyü qəza ilə bağlı açıqlama verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə mayın 25-də axşam saat 18 radələrində qeydə alınıb: "Vətəndaş Təbriz Gülalıyev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi "Kia" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırma aparılır. Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyətini orta-ağır olaraq qiymətləndirir".

 

Qeyd edək ki, T. Gülalıyev özü qəza zamanı qarşıdan gələn avtomobillə toqquşduğunu bildirmişdi: "Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq".

Xatırladaq ki, Oqtay Gülalıyev də ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşüb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man