Bakı bulvarında “Velosiped sür, sağlam ol”veloyürüşü keçirilib - FOTO

Maraqlı 24 May 2021 | 15:34
OXUNUB: 1059

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilən “Velosiped sür, sağlam ol” şüarı altında Bayıl Bulvarı ərazisində veloyürüş keçirilib.

Avtosfer.az xəbər verir ki, BMT, BNA və ÜST-nin təşkilatçılığı ilə baş tutan veloyürüşdə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi Qulam İshaqzai, diplomatik korpusun nümayəndələri və müxtəlif təşkilatların könüllüləri iştirak edib.

Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən istifadə və piyada gəzintini təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə vermək olub.

Qeyd edək ki, pandemiya dövründə bir sıra ölkələrdə velosiped əsas nəqliyyat vasitəsinə çevrilmiş, mövcud avtomobil yolları daraldılaraq velosipedçilərin ixtiyarına verilmiş, bununla da açıq havada sosial məsafə gözləməklə velosipedlə səyahət yoluxma riskinin azalmasına gətirib çıxarmışdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man