"Qüds beynəlxalq statuslu, müstəqil şəhər olmalıdır" - Politoloq Azərbaycanın mövqeyini şərh edir

21 May 2021 | 16:10
OXUNUB: 2010
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qüds şəhəri ilə bağlı Azərbaycanın mövqeyinin çox aydın olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq etdiyimizi qeyd edib.

Ölkə başçısı Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olduğumuzu da diqqətə çatdırıb.

Maraqlıdır, prezident bu açıqlamasında nəyi nəzərdə tutub? Söhbət hansı qətnamədən gedir?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli İsrailin sevindirici təklifdən boyun qaçırmasının təəccüb doğurduğunu bildirib: "İsrail təkidlə deyir ki, paytaxtı Təl-Əvivdən Qüdsə köçürürəm. Lakin BMT-nin belə bir təklifi var ki, Qüds bütün dinlərin müqəddəs atributlarının cəmləşdiyi məkan kimi beynəlxalq statuslu, müstəqil şəhər olsun, özü-özünü idarə etsin və hər hansı dövlətə deyil, yalnız BMT-nin mandatına tabe olsun. Öncə bu haqda razılıq olsa da, sonradan pozuldu. Razılığın necə və hansı formada pozulması ilə bağlı hər hansı bilgim yoxdur. Lakin zənnimcə, Qüds beynəlxalq şəhər olsa və bütün dinlərin müqəddəs mərkəzi hesab edilsəydi, buraya bütün dinlərdən olan çox sayda turist axını gözlənilərdi.
 
Qüdsün onsuz da İsrailin əraziləri daxilində olmasını nəzərə alsaq, belə halda gəlirlərin böyük hissəsi İsrailin büdcəsinə daxil olacaqdı. Mən İsrailin bu növ cəlbedici təklifdən boyun qaçırmasına və buranı paytaxt elan etməsinə təəccüb edirəm. Buraya təkcə ABŞ öz səfirliyini köçürüb. Digər dövlətlər isə səfirliklərini Təl-Əvivdə saxlayıb".
 
Müsahibimiz prezident İlham Əliyevin də BMT-nin qətnamələrinə uyğun olaraq danışdığını bildirib. Q.Hüseynli İsrail Fələstin münasibətlərinin gərginləşməsinə səbəb kimi İran müdaxiləsini göstərib: "Bu ərazilərə gah Fələstin, gah da İsrail oğullarının torpaqları deyirlər. Ərazinin köhnə adı isə Finikiya torpaqlarıdır. BMT hələ 1949-cu ildə bu ərazilərdə Fələstin və İsrail dövlətlərinin yaradılması haqqında mandat verdi. Bu mandata əsasən torpaqların yarıdan çoxu Fələstinin, digər hissəsi isə İsrailin payına düşürdü. İsrailin paytaxtı Təl-Əviv şəhəri elan olunmuşdu, Fələstinlilər isə paytaxt olaraq Qüdsü seçmişdilər. Lakin sonradan 1967-ci il müharibəsindən sonra İsrail qısa müddətdə öz dövlətini quraraq, ordusunu və digər sturukturlarını formalaşdırdı. Bir sözlə, İsrail sürətlə ona ayrılmış əraziləri mənimsəməyə başladı. 1967-ci ildə qonşu ərəb ölkələrinə - Misir, İordaniya, o cümlədən Fələstinə qarşı baş verən müharibədə İsrail qələbə qazandı və Qüdsü öz tərkibinə qatdı.
 
Bu mürəkkəb vəziyyətdə Fələstini qızışdıran İran İslam Respublikasıdır. Amma Fələstinin də dövləti və paytaxtı olmalıdır. İsrail Fələstinə Qüdsün müqabilində onun ərazisindən bir neçə qat çox torpaq təklif edir. Məncə, belə sərgərdan yaşamaqdansa müharibəni dayandıraraq, müəyyən ərazi üzərində dövlət qurmağa başlamaq lazımdır. Nəticə etibarilə fələstinlilər Qüds məsələsində iddia etməməlidirlər.
 
Hesab edirəm ki, Azərbaycan prezidenti BMT-nin qətnaməsində bu məsələ ilə bağlı mövqe necə yazılıbsa, məsələnin də o formada həll olunmasının tərəfdarıdır".
 
Əzizə Zeynal
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man