Qubada yol qəzası onlarla abonentin qazsız qalmasına səbəb olub - FOTO

Yol qəzaları 23 May 2021 | 12:07
OXUNUB: 721

Qubada yük avtomobili təbii qaz xəttini qırıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə gecə saatlarında Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili diametri 57 millimetr olan təbii qaz xəttinin üzərindəki keçidi qırıb. Nəticədə təqribən 80 abonent qazsız qalıb.

Hazırda Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları xəttin bərpası istiqamətində iş aparır. İdarədən verilən məlumata görə, hadisə aktlaşdırılıb, dəymiş ziyan hesablanacaq.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man