Almaniyada muzeydən bir milyard avroluq oğurluq edənlər yaxalanıb

Maraqlı 22 May 2021 | 21:47
OXUNUB: 1402

Almaniyada polis bir milyard avroluq oğurluq cinayətinin üstünü açıb.

APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, “tarixin ən böyük oğurluğu”nu həyata keçirən cinayətkar dəstənin son üzvü də yaxalanıb.

Belə ki, 2019-cu ilin noyabrında cinayətkarlar Drezdendə "Green Vault" muzeyindən “Böyük Avqust” sülaləsinə məxsus olan zinət əşyalarını oğurlayıblar. Oğurlanan əşyalar bir milyard avro dəyərində qiymətləndirilib. Lakin qeyd olunur ki, bunlar sənət baxımından əvəzsiz hesab edilir.

Məlumata görə, bu soyğunçuluqla əslən Livandan olan bir ailənin əlaqəsi var. Bu cinayətkar dəstənin 2017-ci ildə Berlin Muzeyindən yüz kiloqramlıq qızıl sikkəni apardığı da bildirilir. Hansı ki, həmin sikkələr hələ də tapılmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man