Niyə yaşlandıqca görmə qabiliyyətipisləşir?

Maraqlı 22 May 2021 | 21:31
OXUNUB: 1555

50 yaşa doğru insanların çoxu görmə problemi ilə qarşılaşır. Alimlər bunu gözlərin arxa divarlarında zülal və kalsiumun yığılması ilə əlaqələndirirlər.

Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, İngiltərədən olan tədqiqatçılar yaşla əlaqəli görmə zəifliyi ilə mübarizəyə kömək edə biləcək əhəmiyyətli bir kəşf ediblər. Alimlər gözlərin arxasında təhlükəli minerallaşmış kalsium birləşmələri əmələ gətirən amelotin adlı bir zülal kəşf ediblər.

Bundan əlavə, alimlər belə qənaətə gəliblər amelotinin meydana gəlməsi bədəndə qida çatışmazlığına səbəb olur. Beləliklə, bu zülalın yaranmasına mane olmaqla kalsiumun çökməsini və makula deqradasiyasını yavaşıtmaq olar. Bu zaman oksigen və qida maddələrinin torlu qişanın işığa həssas hüceyrələrinə girişi yaxşılaşır və görmədə aydınlıq yaranır.

İndi İngilis mütəxəssislər amelotin zülalının əmələ gəlməsini dayandırmağın yolları üzərində işləyirlər. Buna müvəffəq olsalar, müalicə olunanlar yaşla əlaqədar görmə itkisi problemindən qaça biləcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man