Göyçayda yük avtomobili yanıb - VİDEO

Yol qəzaları 22 May 2021 | 19:34
OXUNUB: 914

Göyçay rayonunda yük avtomobili yanıb.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 17:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb. Göyçay sakini İsmayılov Fariz Şahpənəg oğlu idarə etdiyi 99-CM-383 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib.

Nəticədə avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb.

Hadisə zamanı polis əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti dayandırılıb, yanğın söndürüldükdən sonra hərəkət bərpa edilib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man