Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var

Yol qəzaları 22 May 2021 | 18:10
OXUNUB: 966

Şəkidə baş verən yol qəzasında azyaşlı xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 42-ci kilometrliyində, Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Şəki rayonu Çələbixan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Orxan Asəf oğlu Muradovun idarəetdiyi "QAZ" markalı, 99 JT 312 dövlət nömrə nişanlı avtomobillə Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əfqan Nağdalı oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı 10 KZ 045 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan 2014-cü il təvəllüdlü Əhəd Hafiz oğlu Heydərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man