Yol polisi sürücülük vəsiqəsi olan ruhi xəstələrlə bağlı AÇIQLAMA YAYDI

İctimai nəqliyyat 22 May 2021 | 12:30
OXUNUB: 8758

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əməkdaşlarının psixi xəstəliyi, ruhi xəstəliyi olan şəxslərdə sürücülük vəsiqələrinin aşkarlanması ilə bağlı xəbər yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a açıqlama verilib. Bildirilib ki, belə halların olması mümkündür. Çünki sürücülük vəsiqəsi almaq istəyən şəxsdən sağlamlıq haqqında arayış yalnız ilk dəfə sürücülük vəsiqəsi alınan zaman  və etibarlılıq müddəti bitdiyi halda dəyişdirilərkən 60 yaşı tamam olmuş şəxslərdən tələb olunur. Lakin mövcud qanunvericiliyə görə qalan müddət ərzində sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq haqqında tibbi arayış tələb edilmir. Bu baxımdan vətəndaş sürücülük vəsiqəsini əldə etdikdən sonrakı dövrdə də sağlamlığında müəyyən problemlər yarana və müvafiq orqanların bu haqda məlumatı olmaya bilər.

 

Dövlət Yol Polisi qeyd edir ki, əgər hər hansı həkim müayinə etdiyi şəxsdə nəqliyyat vasitəsinin idarə edilməsinə təhlükə törədə biləcək xəstəlik aşkarlayarsa dərhal bu barədə aidiyyəti qurumlara rəsmi məlumat verməlidir ki, həmin məlumat əsasında həmin şəxsin sürücülük hüququ varsa, yaranmış vəziyyətlə əlaqədar  sağalanadək məhdudlaşdırılsın və onun sürücülük vəsiqəsi deaktiv edilsin. O baxımdan yol polisi hesab edir ki, sürücülük vəsiqəsi on ildən bir dəyişdirilərkən sağlamlıq haqqında arayışın tələb olunması qaydaları yenidən bərpa edilməlidir. Əks halda, bu cür halların yaranması qaçılmazdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man