Mayın 22-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası təşkil edib.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasında baş tutan aksiyada idarənin rəisi, polis polkovniki Rəşid Piriyev, rəis müavini polkovnik Malik İbrahimov və digər rəhbər şəxslərlə yanaşı bütün şəxsi heyət iştirak edib.
Ümumilikdə 80 litr qan tədarük edilib. Tədbirin məqsədi talesimiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır.
"Qan ver yaşat" aksiyasına DYP əməkdaşları ənənəvi olaraq hər il dəstək olur.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri çərçivəsində baş tutub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man