Biləsuvarda traktorla minik maşını toqquşub - FOTO

Yol qəzaları 22 May 2021 | 10:28
OXUNUB: 1867

Biləsuvar rayonunda yol qəzası hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Astara magistralının Bəydili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonunun Pirəhmədli kənd sakini Kamal Bağban oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Biləsuvar rayonunun Bəydili kənd sakini Elxan Cankişi oğlu Adışovun idarə etdiyi traktorun arxasındakı presbağlayan qoşqusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man