Hindistan “WhatsApp”dan yeni qaydaları ləğv etməyi tələb edib

Yeniliklər 21 May 2021 | 20:04
OXUNUB: 890

Hindistan “WhatsApp”dan istifadəçi siyasəti (“Facebook” sosial şəbəkəsi reklam hədəfi üçün messencerin auditoriyasının məlumatlarından istifadə edə bilər) üzrə tətbiq edilmiş dəyişiklikləri ləğv etməyi tələb edib. Məmurlar şirkətə gələn həftənin ortasınadək vaxt veriblər, əks halda hansısa addım atılacaq.

 

“WhatsApp”ın yeni istifadəçi razılaşması mayın 15-dən qüvvəyə minib. İstifadəçi bu qaydalarla razılaşdığı halda “Facebook” mesajlara deyil, meta-məlumatlara giriş əldə edir.

 

Bütün bunlar sosial şəbəkənin reklam “maşın”ına insanın portretini olduqca dəqiq çizməyə imkan verir. Hindistanda 450 milyon nəfər “WhatsApp”dan, 300 milyon isə “Facebook”dan istifadə edir. Yəni yeni qaydalar bu ölkədə “Facebook” tərəfindən emal edilən məlumatların həcmini ən azı 1,5 dəfə artıracaq./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man