Sürət həddi 30-a endirilsinmi? - DYP məsələni ŞƏRH ETDİ - FOTO

İctimai nəqliyyat 21 May 2021 | 13:17
OXUNUB: 912

“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi BMT-nin Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində təhsil müəssisələrinin rəhbərliyi, valideynlər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün onlayn seminarlar təşkil edib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi , Bakı şəhər Təhsil İdarəsi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansının (EASST) fəal dəstəyi ilə keçirilən tədbirlər iki gün davam edib.

Ölkəmizin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək insanların və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsi ilə bağlı təkliflərin, bununla yanaşı yol-nəqliyyat hadisələrinin sayının və uşaq travmatizminin minimuma endirilməsi üçün birgə fəaliyyət imkanlarının müzakirəsinə həsr olunan onlayn görüşə əvvəlcə paytaxtın 45, 243 və 186 nömrəli tam orta məktəblərinin direktorları, təhsil işçiləri və valideynlər, növbəti gün isə dövlət qurumlarının, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, həvəskar klubların nümayəndələri, həmçinin müstəqil ekspert və jurnalistlər qatılıb.

Onlayn görüşdə AMAK nümayəndələri tərəfindən BMT-nin Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsinin tarixi, yüksək sürətin yaratdığı təhlükə, yaşayış ərazilərində, xüsusilə məktəb ətraflarında sürətin 30 km/saat müəyyən edilməsinə nail olmaqla qəza risklərinin azaldılması haqqında geniş məlumat verilib, infoqrafika və digər əyani vəsaitlər nümayiş olunub.

Hər iki tədbirdə çıxış edən DİN-in Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində yüksək sürət amilinin başlıca yer tutduğunu, 2021-ci ilin ilk rübündə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması nəticəsində 158 yol-nəqliyyat hadisəsinin baş verdiyini, nəticədə 69 nəfərin həlak olduğunu, 134 nəfərin isə yaralandığını bildirib. Eyni zamanda hazırda icra olunan yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat-təşviqat işinin təşkilində vətəndaş cəmiyyəti institutları, xüsusilə KİV və QHT-lərlə birgə iştirakçılığa nail olunmasının, yol qəzalarında uşaq travmatizminin 50 faizədək azadılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin həllində dövlət, məktəb və valideyn üçbucağının formalaşdırılmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, küçə və prospektlərdə hərəkət sürətinin 30 km/saat-a endirilməsi devizinin reallaşması üçün əvvəlcə uyğun zəmin hazırlamağı zəruri hesab edən dövlət rəsmisi, əks təqdirdə ciddi problemlərin də yarana biləcəyini qeyd edib.

Çıxış edən digər natiqlər - BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan Təmsilçisi Rəşad Hüseynov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin İctimai Səhiyyə İşçisi Fidan Talışinskaya, İnsan Yönümlü Şəhərlər Platformasının təsisçisi Anar Əliyev, Azərbaycan Jurnalistlər Şəbəkəsinin nümayəndəsi İsmayıl Fətəliyev, UAFA-nın təmsilçisi Çingiz Rəhmanlı və müstəqil ekspert Azər Allahverənov yol hərəkətinin təhlükəsizliyi sahəsində dövlət, vətəndaş cəmiyyəti və medianın birgə fəaliyyətinin əhəmiyyəti, yol hərəkətinin fəal iştirakçıları olan gənclər və uşaqlar arasında yüksək sürət səbəbindən ölüm hallarının qarşını alınması istiqamətində kompleks və daha mütəhərrik metodların hazırlanması, eləcə də küçə və prospektlərdə hərəkət sürətinin 30 km/saat-a endirilməsi devizinin reallaşması üçün əvvəlcə infrastruktur dəyişikliklərinin aparılmasının vacibliyi, habelə yollarda təhlükəsizlik mühitinin yaradılmasına hədəf qrupları arasında maarifləndirmə, təbliğat və təşviqat kimi praktiki işlərin geniş kontekstdə və miqyasda icra etməklə daha çox töhfə verə biləcəyi haqqında fikirlər səsləndirilib, sürətin azaldılması ilə bağlı irəli sürülən təkliflərin bir çoxunun konseptual əhəmiyyət kəsb etdiyini və bu səbəbdən onların tətbiqi ilə bağlı qərarların verilməsi üçün daha çox vaxt tələb olunduğu bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man