Dostluğundakıları "vicdansız" adlandıran deputatdan daha bir AÇIQLAMA: "Uzaqlaşmaqla özlərinə yaxşılıq edirlər”

19 May 2021 | 15:09
OXUNUB: 2076
"Mən "Facebook”a gələndə məqsədim burada təhsil, həmçinin elm sahəsində yeniliklərlə bağlı bilgiləri paylaşmaq və elmi-nəzəri müzakirə mühiti yaratmaq olub. Səhifəmi izləyənlər bunu yaxşı bilirlər. Mənim bu tələbim kimə uyğundursa, onların dostuğumda qalmasına sevinirəm”.
 
Sfera.az-ın məlumatına görə, bunu millət vəkili Etibar Əliyev deyib.
 
Onun sözlərinə görə, bu mühiti bayağılaşdırmaq istəyən və müxtəlif bəhanələrlə qeyri-ciddi müzakirələrə üstünlük verməyə çalışanlar məhz bu yersiz şivəni qoparanlardır:

"Amma yenə də mənim üçün düşünən, öyrənmək istəyən, bilgilərini öyrətməyə çalışan insanların rəyi önəmlidir. Bu mühiti korlamaq istəyənlər isə uzaqlaşmaqla özlərinə yaxşılıq etmiş olurlar. İstənilən Azərbaycan vətəndaşı, xüsusilə də seçicilər məktub, telefon və görüşlər vasitəsilə şikayət, irad tənqid və təkliflərini mənə göndərə bilərlər. 

Bir məsələni də qeyd edim ki, mən yazdığım statusda münasibət bildirməkdən bəhs edirəm. Hansısa nadan isə "bəyənmək" sözünü gündəmə gətirib ictimai rəyi çaşdırmağa çalışır. Münasibət müsbət də ola bilər, mənfi də. Özüm də bu rəylərdən faydalana bilərəm. Hər bir status üçün xeyli əziyyət çəkməli olursan və düşünürsən ki, bundan valideynlər, şagirdlər,  tələbələr və ümumiyyətlə düşünən insanlar faydalanacaqlar. Bütün bunların hamısının mənim deputat fəaliyyətimə heç bir aidiyyatı yoxdur”.

E.Əliyev qeyd edib ki, kim özünü hədsiz savadlı hesab edirsə, kənarda dura bilər və bununla başqalarına maneçilik törətməz:

"Necə ki, əvvələr də bir çoxlarını məhz bu keyfiyyətlərinə görə dostluqdan çıxarmışam. İş burasındadır ki, mən çıxaranda adamlar düşmənə çevrilirlər, ancaq özləri könüllü çıxanda ortada inciklik qalmır. Anlayanlar üçün məsələnin izahı bu qədər bəsit. Anlamayanlara Allah kömək olsun!”.

Xatırladaq ki, deputat Etibar Əliyev ötən gün sosial şəbəkədə paylaşımlarını bəyənməyənləri "vicdansız” adlandırıb və onun bu açıqlaması çoxluğun narazılığına səbəb olub.

Türkan
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man