Bu qruplar üzrə keçid balları aşağı düşəcək - "Pandemiya abituriyentlər üçün fürsətə çevrildi..."

19 May 2021 | 14:49
OXUNUB: 2489
"Bu il I və IV qrupda keçid ballarının aşağı düşmə ehtimalı var. Bütün hallarda isə ümumi mənzərə ciddi şəkildə dəyişməyəcək".
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert pandemiyanın abituriyentlər üçün fürsəyə çevrildiyini deyib:

"Məlum olduğu kimi bir ildən çoxdur ki, normal qaydada təhsilin təşkili mümkün deyil. Lakin bir tərəfdən pandemiya həm də fürsətə çevrildi. Belə ki, XI sinif şagirdləri məktəbə getmədikləri üçün asudə vaxtları çox oldu və imtahanlara daha çox hazırlaşa bildilər. Düzdür, bir il ərzində repititorların da fəaliyyətində məhdudiyyətlər oldu, amma bütün hallarda bu üslubda müəllimlər var gücü ilə çalışdı ki, abituriyentlər zəruri olan məlumatlara yiyələnsin. Bu il balların keçən ildən az olmasını gözlədiyimiz qrup I və IV qrupdur. Ona görə ki, bu qruplarda şagirdlər kimya, riyaziyyat, biologiya kimi fənləri keçirlər ki, bu fənləri onlayn formada şagirdlər yaxşı mənimsəyə bilməyib". 

Müsahibimiz keçid ballarının aşağı düşməsində ənənəvi sınaq imtahanlarının təşkil edilməməsinin də rol oynayacağını bildirdi:

"Digər tərəfdən Dövlət İmtahan Mərkəzi hər hansı sınaq imtahanı keçirmədi və bu səbəbdən abituriyentlər cavab kartı üzərində işləmə bacarığına sahib ola bilmədi. Bu özü də ballara təsir edə bilər. Beləliklə bizim proqnozlarımıza görə, I və IV qrup üzrə yüksək bal toplayanların sayı az olacaq. Lakin II və III qrupda humanitar fənlər yer aldığı üçün nəticələrin belə olacağını gözləmirik. II qrupda demək olar ki, hər il ballar aşağı olur, müsabiqə şərtini ödəyən istəyən şəxs ali məktəbə qəbul ola bilir". 

Əzizə Zeynal
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man