“Samsung” qulaqcıqları ağrı və iltihaba səbəb olub

Yeniliklər 20 May 2021 | 23:14
OXUNUB: 1231

"Samsung" qulaqcıqlarının istifadəsinin mənfi təsirləri kimi qulaq ağrısı və iltihab halları var. Bu barədə Çinin "ITHome" nəşri xəbər verib. Jurnalistlər yeni "Galaxy Buds Pro" qulaqlıq istifadəçilərinin çoxsaylı şikayətlərinə istinad edib. Qulaqcıq sahiblərinin dediklərinə görə, onların istifadəsində bəzi problemlər yaşanır.

Avtosfer.Az deyerler.org-a istinadən bildirir ki, bəzi səs aksesuarları sahibləri musiqi dinləyərkən qulaq ağrısı yaşadıqlarını bildirib. Bəzi hallarda istifadəçilər qulaqda həddindən artıq rütubətin və narahatlığın olması barədə danışıb. Qulaq kanalının iltihabından da şikayətlər edilib. Bəzi "Galaxy Buds Pro" müştərilərində qulaqlıq allergiya və iltihaba səbəb olub. Şirkət artıq yaşanan problemlərə cavab verib. "Samsung" nümayəndələrinin dediklərinə görə, qulaqcıqlar bazara girməzdən əvvəl həkimlərin tövsiyələri nəzərə alınaraq hərtərəfli sınaqdan keçirilib. Sınaqlar qulaqcıqların hazırlandığı materialda təhlükəli maddələrin olmadığını təsdiqləyib. Koreya şirkətinin mütəxəssisləri "Galaxy Buds Pro"nun qulaqdaxili quruluşlu dizayn edildiyinə görə, bir sıra istifadəçilər üçün narahatlıq və qıcıq yarada biləcəyini qeyd edib. Allergiya və iltihabların qarşısını almaq üçün "Samsung" qulaqcığı mütəmadi olaraq quru parça ilə təmizləməyi və cihazın qulaq yastıqlarında rütubətin əmələ gəlməsinin qarşısını almağı tövsiyə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man