Ölkədə istehsal edilən maşınların sayı açıqlandı - FOTO

Nəqliyyat xəbərləri 20 May 2021 | 14:28
OXUNUB: 1134

Azərbaycanda 2021-ci ilin yanvar-aprel aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Avtosfer.az-nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 508 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 164 ədəd və ya 24,4 faiz azdır.

Təkcə aprel ayında isə 100 ədəd minik avtomobili istehsal edilib. Bu isə ötən ayla müqayisədə 92 ədəd və ya 47,9 faiz azdır.

İlin ilk dörd ayı ərzində ölkəmizdə 162 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 ədəd və ya 54,3 faiz çoxdur. Təkcə aprel ayında isə 72 ədəd traktor istehsal edilib ki, bu da ötən ayla müqayisədə 33 ədəd və ya 84,6 faiz çoxdur.

Ümumilikdə isə 2021-ci ilin ilk dörd ayı ərzində 85,4 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə 2,7 dəfə artıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man