Azərbaycanda ilk - Şuşada baş vermiş yol qəzasına görə sığorta ödənişi verildi
Nəqliyyat xəbərləri20 May 2021 | 13:05
OXUNUB: 1470
Azərbaycanın sığorta şirkətlərindən biri Şuşa şəhərində baş vermiş avtomobil qəzasına görə sığorta ödənişi verib. “Report”un məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə daşıma xidmətləri göstərən yük maşınlarından biri Şuşa istiqamətində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş verib. Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Sığorta şirkəti öhdəliklərini yerinə yetirərək, dəymiş ziyana görə ödəniş edib.