100 illik yubileyə özəl yeni “Mazda CX-5” - FOTO

Nəqliyyat xəbərləri 20 May 2021 | 12:11
OXUNUB: 1122

“Mazda” 100 illik uğurlu və əzəmətli tarixini məhdud sayda xüsusi avtomobillərlə taclandırıb. Dizaynerlər bu avtomobilləri hazırlayarkən “Mazda”nın ilk minik maşını “R360 Coupe”dən ilhamlanıblar. Bu özəl seriyaya daxil olan avtomobillər həm “Mazda”da görməyə alışdığımız müasir, etibarlı və sınanmış xüsusiyyətlərlə təchiz olunub, həm də yalnız yubiley buraxılışında görə biləcəyiniz, tarixdən ilhamlanmış dizayn elementləri ilə tamamlanıb. Bunlardan ilki kuzov və salondakı fərqləndirici “100th anniversary” loqotip detalıdır. Modellərin eskteryeri zərif “Snowflake White Pearl” rəngi ilə seçilir. “Nappa Garnet Red” eko dəri salon örtüyü isə təkrarolunmaz, eleqant görüntü yaradır.

Eksklüziv seriyanın modellərindən biri də “Mazda CX-5”dir. Unikal toxunuşlarla fərqli ab-havaya bürünən “Mazda CX-5”, eyni zamanda 2.5L SKYACTIV mühərriklə (192 at/g), həmişəki kimi ən yüksək səviyyədə idarəetmə, texnoloji imkanlar, əyləncə sistemi və innovativ təhlükəsizlik funksiyaları ilə təmin olunub.

“Mazda CX-5”in yeni yubiley seriyası ilə yaxından tanış olmaq üçün əlaqə məlumatı:
 
Əlaqə telefonu: (012) 349 01 00

Ətraflı məlumat üçün link: //mazda.az/cars/mazda-cx-5/krossover/overview/mazda-100th-edition

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man