Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitələrin sayının ilbəil artmasına rəğmən yollarda daha rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində, o cümlədən piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və onların həyat və sağlamlıqlarının qorunması məqsədilə polis bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər əraisindəki bütün küçə və prospektlərdə hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülür. Bura piyada keçidlərində və yol nişanlarında cizgilənmə işlərinin aparılması, yenilərinin çəkilməsi və digər işlər daxildir.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man