Vaşinqton Bakı qarşısında geri çəkilir – Ceyk Sullivanın gözlənilməz zənginin səbəbləri

18 May 2021 | 16:20
OXUNUB: 2177
"Əvvəlki aylarda Azərbaycan tərəfi əlverişsiz hava şəraiti və çətin relyef səbəbindən Qaragöl istiqamətindəki yüksəkliklərə qalxa bilmirdi. İndi isə Azərbaycan Qaragöl ətrafındadır və həmin ərazilərdə postlar qurub. Qaragöl təbii ki, Azərbaycan ərazisidir və İrəvan məsələni yersiz olaraq şişirdir və siyasiləşdirir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Preziddentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığını dəyərləndirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidentinin Təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sullivanın məsələ ilə bağlı Azərbaycan Prezidentinə etdiyi zəng və sərhəddəki gərginliyin danışıqlar yolu ilə həllini dəstəkləməsi onu göstərir ki, Vaşinqton əvvəl tutduğu mövqeyindən bir qədər geri çəkilib:
 
"Proseslərin ilk dövründə ABŞ dövlət katibinin köməkçisi Azərbaycan hərbçilərinin həmin əraziləri dərhal tərk etmələrini tələb etmişdi. İndiki halda isə Vaşinqton əvvəlki mövqeyindən geri çəkilərək, məsələni danışıqlar yolu ilə yoluna qoymağı təklif edir. Düşünürəm ki, rəsmi Bakı Dövlət Departamenti və Pentaqonla sıx işləməli, məsələ ilə bağlı əldə olan xəritələri onlara təqdim etməli və Ermənistanın sərhəd hay-küyünün boş olduğunu diqqətlərə çatdırmalıdır””.
Politoloq onu da qeyd edib ki, bütün hallarda Azərbaycan tərəfi Qaragöl istiqamətindəki postlardan geri çəkilməyəcək: "Geri çəkilməyimiz gələcəkdə prosesin Azərbaycanın əleyhinə işləməsinə gətirib çıxara bilər”.
 
Rüfət SULTAN
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man