"BMT və İslam ölkələri hərəkətə keçməsə, Qüdsdə sülhü Türkiyə təmin edəcək" - Bahçeli müharibə siqnalı verdi

18 May 2021 | 16:10
OXUNUB: 2644
"İsrail Fələstinə qarşı hücumları dayandırmasa qlobal, ya da regional müharibə meydana gələcək".
 
Sfera.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli bildirib. Partiya sədri islam ölkələrinin bu istiqamətdə birləşmə məsələsinə də toxunub:

"BMT və ya İslam ölkələri qoruyucu güc kimi hərəkət etməsə, Qüdsdə qan tökülməsini dayandırmağa hazırıq. İsrailin terror siyasəti həzm edilməsi mümkün olmayan bir vəziyyətdədir. Bu şəkildə davam edərsə, vəhşilik dayanmazsa, insan haqlarına edilən qəti hücumlar davam edərsə, ya qlobal, ya da regional bir müharibə son seçim olaraq ortaya çıxacaq. BMT-nin və ya İslam ölkələrinin Qüdsdəki iştirakı ilə qan tökülməsinin qarşısı alınmasa, biz tarixin səsi ilə mədəniyyət şəhəri olan Qüdsün köməyinə yetişəcəyik. Bundan sonra isə sülh və sabitliyi təmin edəcəyik", - deyə Bahçeli qeyd edib.

Əzizə Zeynal
Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man