Azərbaycanda ilk dəfə çəkilən polis serialının fraqmanı təqdim olunub.
"İFŞA” adlı serialda polislərin fəaliyyətindən bəhs olunur. Serial polis əməkdaşalarının insan alveri, narkomaniya, kiber və digər cinayətkarlıqla mübarizəsindən bəhs edir.
Serial Daxili İşlər Nazirliyinin təşikilatı dəstəyi ilə çəkilib. Layihənin məsləhətcisi daxili işlər nazirinin 1-ci müavini general-leytenant Seyfulla Əzimov, layihə rəhbəri və ideya müəllifi isə Ramiz Alıyevdir.
Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub.Serialı "Biz Group” və "Baku Art Lab” şirkəti birlikdə çəkib, quruluşçu rejissoru Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, produsserləri Nicat Həsənzadə və Vüqar Təhməzovdur.
Layihə rəhbərinin verdiyi verdiyi məlumata görə, çəkilişlər olduqca maraqlı keçib: "Daxili işlər naziri general polkovnik Vilayət Eyvazov layihəmizə çox böyük dəstək göstərdi və nazirin dəstəyi nəticəsində bütün polis idarələri çəkliş üçün lazım şəraiti yaratdılar, texnika və təhcizatla çəkiliş komandasını təmin etdilər. Bu, həqiqətən də hər kəs tərəfindən böyük minnətdarlıqla qarşılandı. Buna görə də biz çəkliş müddətində heç bir çətinliklə qarşılaşmadıq. Yaradıcı və çəkiliş komandası adından bizə yaradılan şəraitə görə ilk öncə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova təşəkkür edirik.
Çəkilişdə dəyərli aktyorlarımız rol alıb və onu da xüsusi olaraq bildirmək istəyirəm ki, serialda rol alan aktyorların hər biri layihədə böyük bir həvəslə iştirak edib, çünki onlarının hər birinin Azərbaycan polisinə böyük hörməti var. Gənc aktyorlarla yanaşı Azərbaycanın dəyərli sənətkarları da bu serialda rol alıb, onlardan xalq artisti Rasim Balayev, əməkdar artistlər Sənubər İsgəndərli, Fizuli Hüsyenov, Cavanşir Hadıyev, Gülər Nəbiyeva, Murad Məmmədov, aktyorlar Məhəmməd Verdizadə, Tural Əhməd, Könül Cəfərzadə, Zülfiyyə Qurbanova, Şahin Nəsirli, Vahid Oruc, Mahir Mirişli, Flora Hüseynli, Simuzər Nadirqızı, İsmayıl Kərimov, Şahin Yüksəl, Fərda Xudaverdiyev və digər aktyorlarımız serialda rol alıblar".
Serilalın əsas məqsədi ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərmək idi: "Biz bu 6 seriyada göstərdik ki, Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərir və polis öz üzərlərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirir.
Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunaraq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkirli planlar üzərində çalışdıqlarıaşkara çıxarıldı. Bu serialda cinayətkarlıqla mübarizədə yalnız müvafiq polis idarələrinin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparmasının vacibliyi qeyd olunub. Eyni zamanda, bu layihənin əsas məqsədlərindən biri də insanların maarifləndirilməsindən ibarətdir.
Komanda peşəkar idi, həm ssenaristlər,həm rejissor və komandası, həm də prodüserlərbu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni etdilər və hesab edirəm ki, uğurlu bir iş oldu".///Apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man