Bakıda yolda qalan avtomobilin köməyinə moped sürücüləri yetişdi. Olanları kamerasına çəkən mopedçi bunu sosial şəbəkələrdə yayımladı. Avtosfer.az-ın təqdim etdiyi bu görüntülərdən aydın olur ki, avtomobilində yaranan nasazlıq səbəbiylə yolun ortasında dayanan sürücüyə kömək etmək istəyən mopedçilər bir-birinə dəstək olublar. Belə ki, mopedini qoyub köməyə getmək istəyən sürücü tərəddüd içində qalır. Bu zaman ikinci moped sürücüsü onun mopedini nəzarətə alır, digəri isə yardıma gedir. Beləliklə onlar əlbir olub yolda qalan sürücüsüyə avtomobili yerindən tərpətməkdə köməklik göstərdilər.
Adətən moped sürücülərinin qayda pozuntularına rast gəldiyimiz üçün bu hal təəccüb doğurdu. Moped sürücüsü “geniş ürəyə sahib olduqlarını” bildirməklə yəqinki bütün mopedçiləri bu mövzuya aid etmir. Çünki, onların əksəriyyəti yollarda sürücülərə maneələr törədir və qəza şəraiti yaradırlar.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man