Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın xəbərinə görə, hadisə Ələt-Astara magistralının 91-ci kilometrliyində qeydə alınıb. “Reno megan” markalı, 99 VD 376 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq betona çırpılıb.
Avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Məhərrəmov Anar Kamil oğlu hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man