Avtosfer.az-ın "Per Sempre Calcio"ya istinadən məlumatına görə, daşımanı Lissabon şirkəti həyata keçirib. Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.
İspaniyanın "Cuatro 14" telekanalı Ronaldunun bu yay "Sportinq"ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə təcrübəli forvardla Fransa PSJ-sinin maraqlandığını yazıb.
Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasının bitiminə bir tur qalmış 5-ci yerdə gedir və Çempionlar Liqasına vəsiqə verən 3-4-cü pillələrdəki "Milan" və "Napoli"dən 1 xal geri qalır. "Sportinq" isə Portuqaliya çempionu olub. Kriştianu Ronaldunun ilk peşəkar klubu məhz "Sportinq" (2002 - 2003) olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man