Çində dünyanın ən dərin kanyonu üzərindən sürət yolu çəkilib

Maraqlı 17 May 2021 | 22:41
OXUNUB: 1119

Çinin "China Huaneng" kompaniyası Tibetdə sürətli avtomobil yolunun dünyada ən dərin kanyon - Yarlung Tsangpo üzərindən keçən hissəsinin inşasını başa çatdırıb.

Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, 67 kilometrlik hissəni magistral yolla birləşdirmək üçün yeddi il vaxt lazım gəlib. Layihəyə təxminən 2 milyard yuan (310 milyon dollar) sərmayə qoyulub. Avtomobil yolu Tibet Muxtar Rayonunun cənub-şərqindən, yer üzündə ən dərin (6 min metrdən çox) çay vadisinin yerləşdiyi Nyingchi şəhər dairəsinin ərazisindən keçir.

Yeni avtomobil magistralın əsas obyekti uzunluğu təxminən 2,1 kilometr olan tuneldir. Magistral Nyingchi şəhərindən Medog bələdiyyəsinə gedən yolu təxminən iki dəfə - 346 kilometrdən 180 kilometrə qədər qısaldacaq və sürücülərin sərf etdiyi vaxtı bir neçə saat azaldacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man