KİA yenilənmiş flaqman sedanınınilk rəsmi şəkillərini dərc edib - FOTO

Nəqliyyat xəbərləri 17 May 2021 | 15:45
OXUNUB: 764

Kia markasının ən böyük və ən bahalı sedanı olan K9/K900 modelinin üç yaşı tamam olur. Bu isə, plan üzrə yenilənmə vaxtının gəlib çatdığını bildirir. Avtosfer.az bildirir ki, bu gün Kia şirkəti Cənubi Koreyada satılacaq yenilənmiş flaqman sedanının ilk rəsmi şəkillərini dərc edib. Xatırladaq ki, daxili bazarda sedan qısaldılmış K9 adı ilə satılır.

Avtomobil haqqında məlumat çox azdır, lakin dərc edilmiş təsvirlər çox şeydən xəbər verirlər. Göründüyü kimi, flaqmanın xarici görünüşü ciddi şəkildə dəyişdirilib. Bunun səbəbi də məlumdur: əvvəlki Quoris modeli kimi, K9/K900 modeli dünya bazarında uğursuzluqla üzləşib. Hətta doğma vətənində belə sedanın illik satış həcmi yeddi mini keçməyib. Dizaynerlər avtomobili xilas etmək üçün onun imicini dəyişmək qərarına gəliblər.

Bununla belə, bayraqdar sedanın interyer şəkilləri dərc edilməyib. Texniki hissədə baş vermiş yeniliklər barədə də məlumat verilməyib. Ətraflı məlumat yaxın zamanlarda, Nəticədə flaqman nazik fənərləri və iri radiator barmaqlığı olan yeni “üzə” sahib olub. Məlum məsələdir ki, şirkəti yeni loqotipi də peyda olub. 19-düymlük təkər disklərinin də dizaynı dəyişdirilib. Bentley üslubunda dizayna malik olan arxa fənərlər işıqlanan zolaqla “birləşdiriliblər”. Məhz bu zolaq ucbatından nömrə nişanı üçün meydança baqaj qapağından arxa bamperə köçürülüb.

Yenilənmiş sedanın təqdimatı zamanı açıqlanacaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man