Piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı neçə fakt aşkarlanıb? - DYP

İctimai nəqliyyat 17 May 2021 | 12:56
OXUNUB: 882

Bu ilin 4 ayı və mayın ilk 15 günü ərzində piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı 9 284 fakt aşkar edilib.Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib. O bildirib ki, qeydə alınan qayda pozuntularının təkcə 5 293-ü Bakının payına düşür: “Bu səbəbdən biz müntəzəm olaraq maarifləndirici tədbirlər keçiririk. Lakin hesab edirik ki, bu istiqamətdə sürücü və piyadaların maarifləndirilməsi önəmlidir. Ani bir diqqətsizlik yol hərəkəti iştirakçılarının xəsarəti ilə nəticələnə bilər”.

N.Piriyev bildirib ki, hesabat dövründə 1065 nəfər işıqforun tələblərinə məhəl qoymadan hərəkət zolağına çıxmasına, yola yaxınlaşmaqda olan avtomobillərin qarşısına çıxmasına görə 2044 nəfər, qırmızı və göy işıq quraşdırılmış nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə 43 nəfər, dəmir yolu keçidi və yolu müəyyən olunmamış ərazidən keçməyə görə 2106 nəfər piyada barəsində inzibati cərimə tətbiq edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man