Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlarda zərərli qazların miqdarı yoxlanılıb.
Bəzilərinin normadan artıq tullantı ixrac etdiyi müəyyən edilib. Həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.
Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man