Tanınmış müğənninin qardaşından ŞOK FIRILDAQ : Sığorta ilə birləşib... - FOTO

Yol qəzaları 17 May 2021 | 11:45
OXUNUB: 13389

Bakıda məşhur müğənninin qardaşının avtomobilini etibarnaməsiz idarə edən sürücü qəza törədib. Bu barədə zərərçəkmiş sürücü redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, 10-CO-038 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qəza törədərək 99-RN-905 qeydiyyat nişanlı “Renault” markalı avtomobili vurub. Hadisə nəticəsində “Renault” markalı avtomobilə kifayət qədər ziyan dəyib. Lakin sürücüyə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmir. Zərərçəkmiş sürücü Elnur Məmmədov bildirir ki, baş verən qəza məşhur müğənni Xatunun qardaşının avtomobili ilə olub.

“Avtomobili etibarnaməsiz idarə edən sürücü yol hərəkəti qaydasını pozaraq mənim avtomobilimi vurub. Lakin sənədlər qaydasında olmadığı üçün müğənninin qardaşı məndən xahiş etdi ki, şikayət etməyim. Əvəzində isə avtomobilimi düzəltdirəcəyinə söz verdi. Mən onun xahişini nəzərə alaraq şikayət etmədim. Bütün olanlar da bundan sonra baş verdi. Dövlət Yol Polisi əməkdaşları hadisəni qeydə aldıqdan sonra Atəşgah sığorta şirkəti mənə 1900 manat pul ayırdı. Mən bu məbləğlə razılaşmadığım üçün mənə rəsmi cavab verdilər ki, müstəqil ekspert təyin olunacaq.

Ekspert avtomobilimə baxış keçirtdikdən sonra heç bir şey demədən yoxa çıxdı. O zamandan sonra həmin şəxsə zəng çatmır. Bundan sonra sığorta şirkəti mənə 2215 manat pul ödəyəcəyini bildirsə də, bu məbləğ də kifayət etmədi. Mən avtomobilimi digər bir servisə apardım və məlum oldu ki, mənə 3850 manat maddi ziyan dəyib. Sığorta şirkətinə nə qədər desəm də, onlar bu məbləği ödəməkdən imtina etdi. Onların təklif etdiyi 2215 manatla avtomobilimi düzəldə bilməyəcəyimi gördükdən sonra, avtomobilimin təmirini sığorta şirkətinə həvalə edəsi oldum. Lakin Atəşgah sığortanın əməkdaşları avtomobilimi təmir etməkdən də imtina etdi. Bir sözlə, sığorta şirkəti deyir ki, ya 2215 manatı götürəcəksən, ya da avtomobili özün düzəltdirəcəksən. Müğənninin qardaşı isə heç nə olmamış kimi çəkilib kənarda durub”- zərərşəkmiş sürücü belə deyir.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə reaksiya verərək həlli istiqamətində müvafiq addımlar atacaq.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man