Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

12 May 2021 | 13:52
OXUNUB: 2878
"Bayram axşamı ayın çıxdığı məlum olan kimi - axşam azanından (bu gün – ölkə.az) sonra fitrə zəkatı ayrılır və yaxşı olar ki, bayram günü saat 8.00 – 9.00-a qədər çatdırılsın. İmkan olmazsa, günorta namazına qədər, o da olmazsa, axşama qədər fitrə zəkatı çıxarılmalıdır”. 

Sfera.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi nümayəndəsi, "Məşədi Dadaş” məscdinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Din xadimi bildirib ki, fitrə zəkatı nə qədər tez çıxarılarsa, bir o qədər yaxşıdır: "Çünki bu, bayram süfrəsi üçündür. Ona görə də, aztəminatlı ailələrə vaxtında çatdırılsa yaxşı olar”. 

İlahiyyatçı fitrə zəkatının məbləğinin nə qədər olduğunu da açıqlayıb:

"Şəriətimizə əsasən, 3 kq arpa, buğda, un, düyü, kişmiş, xurma – bu ərzaqlar və ya adıçəkilən ərzaqlar dəyərində pul vəsaiti - təxminən 5-10 manat hər ailə üzvünün adından çıxarılmalıdır”.

Ş.Həsənli həmçinin vurğulayıb ki, məbləğ müəyyən olunubsa, ondan artıq vermək olmaz deyə bir hökm yoxdur: "Ümumiyyətlə, imkanlı insanlar öz ətrafında olan yoxsul və ehtiyaclı insanlara bacardıqları qədər çox fitrə zəkatı ödəməlidirlər. Yəni məbləğ müəyyən olunubsa, ondan artıq vermək olmaz deyə bir hökm yoxdur. Bu həm də Ramazan ayının fəlsəfəsi ilə əlaqədar məsələdir. Bu ayda oruc tutarkən insan başqalarını düşünməyə başlayır”.  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man