Xətai, Cəlilabad və İsmayılı rayonlarında ağır yol qəzaları baş verib, üç nəfər ölüb - VİDEO

Yol qəzaları 15 May 2021 | 00:29
OXUNUB: 7337

Cəlilabadda atanın törətdiyi ağır avtomobil qəzası  qızının ölümü ilə nəticələnib.

Avtosfer.az-nın məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkaran sakini, 38 yaşlı  Məhəmməd Qədimovun idarə etdiyi avtomobil sürətlə hərəkətdə olarkən qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarətlərlə qurtulsa da, onun  12 yaşlı qızı Ruqiyyə Qədimzadə aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İsmayıllı rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu  minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü dünyasını dəyişib.

Paytaxtın Xətai rayonu, Babək prospektində də qəza baş verib. Hadisə şahidlərinin məlumatına görə, kiçik yük avtomobili  hərəkətdə olan minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili idarəetmədən çıxaraq mebel salonunun zirzəmisinin qoruyucu hasarına çırpılıb. Qəza zamanı ölən və ya xəsarət alan olmayıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man