Bakıda həkim ondan şikayətçi olan xəstəni maşını ilə sürüdü - VİDEO

Nəqliyyat TV 14 May 2021 | 13:10
OXUNUB: 28771

Sosial şəbəkələrdə səs-küyə səbəb olan görüntülər yayılıb. Həkimindən narazılıq edən xəstənin onu kameraya çəkməsindən hiddətlənən həkim-kosmetoloq hərəkətləri ilə görənləri şoka salıb.

Avtosfer.az bildirir ki, zərərçəkən xanım bir müddət öncə göz gərmə əməliyyatı üçün həkim Rühəngiz Hacıyevaya müraciət edib. Lakin əməliyyat uğursuz olub, bunu həkimin çalışdığı xəstəxananın baş həkimi də təsdiq edib. Pasient məsələ ilə bağlı həkimə şikayət etsə də, "Bakıda deyiləm rayondayam", "Get kimə şikayət edirsən et", "Pulum da var, arxamda duran da var" deyərək onu 4 aydır ki, yubadır.
Bundan təngə gələn pasiyent məsələyə aydınlıq gətirməsi üçün növbəti dəfə həkimin yanına gedir, həkim isə maşında oturaraq pəncərələri açmır. Pasiyent nə qədər təkid etsə də həkim uğursuz əməliyyatına görə cavab verə bilmir və sonda hiddətlənərək şüşəni qaldırıb maşını sürməyə başlayır. Nəticədə əlini içəri salmaq istəyən xanım maşınla bərabər yerdə sürüklənib. Xanım pasiyent ciddi yaralar alıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man