Göygöldə qəza törədən avtomobilə baxan sürücü maşını aşırdı

Yol qəzaları 13 May 2021 | 18:35
OXUNUB: 3012

Göygöl rayonunda xəsarətlə nəticələnən iki avtomobil qəzası olub.

Avtosfer.az-nın məlumatına görə, hər iki hadisə rayonun Çaykənd-Toğana avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarındakı meneəyə dəyib. Qəza nəticəsində sərnişin və sürücülər yüngül bədən xəsarətləri alıblar. 

Hadisə nəqliyyatın hərəkətinə təsir edib. Hadisə baş verən ərazidən keçən “Chevrolet” markalı avtomobil də qəza törədib. İlkin məlumata görə, sürücü baş vermiş qəzanı izlədiyindən diqqəti yayınıb və avtomobili aşırıb. Hadisə nəticəsində ölüm hadisəsi baş verməyib. 

Xəsarət alanlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man