Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan məscid modern üslubda layihələndirilərək inşa ediləcək.
Məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu barədə Prezidnet İlham Əliyev təməlqoyma mərasimində açıqlama verib.
“Bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür”,-deyə dövlət başçısı qeyd edib.
Məscidin iki minarəsi 11 rəqəmini əks etdirəcək. Bu isə Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.
İlham Əliyev məscidin yerinin təsadüfən seçilmədiyini də vurğulayıb:
“Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man