iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un konfidensial məlumatların yığılması siyasəti barədə maraqlı bildiriş əldə ediblər. İstifadəçilərin konfidensial məlumatlarının yığılması üzrə olan siyasətin qəbulu barəsində bildiriş iOS 14.5 yenilənməsindən sonra Facebook və Instagram tətbiqlərində ortaya çıxır. İstifadəçilər ortaya çıxmış bildirişlərdə "Help (Facebook / Instagram) free to charge" cümləsinin olduğu hissəyə fikir veriblər. Həmin hissəni "bu servislərdən pulsuz istifadə imkanının qorunub saxlanılmasında yardımın vacibliyi" kimi başa düşmək olar.
Bu üsul ilə Facebook son iOS yenilənməsindən sonra istifadəçiləri konfidensial məlumatların yığılması üzrə yeni siyasəti qəbul etməyə çağırır. Qeyd etmək lazımdır ki, yeni iOS 14.5 əməliyyat sistemində konfidensiallıq ayaraları istifadəyə verilib. Həmin ayarlar vasitəsilə istifadəçilər tətbiqlərə konfidensial məlumatları yığmağı qadağan edə bilərlər. Bu cür məlumat yığımı vasitəsilə gəlir əldə edən Facebook indi "istifadəçiləri qorxutmaq" strategiyasından istifadədə günahlandırılır.
Qeyd etmək lazımdır ki, hələ 2018-ci ildə Mark Zuckerberg bildirmişdi ki, Facebook-un pulsuz versiyası həmişə mövcud olacaq. Bu cür bəyanatla o, şirkətin digər əsas servislərinin pullu istifadəyə keçid ehtimalına işarə etmişdi. Facebook-dan istifadənin həmişə pulsuz olacağı barəsində bildiriş həmçinin 2019-cu ilə kimi sosial şəbəkənin əsas səhifəsində də qeyd edilmişdi. Hələ bir neçə müddət bundan öncə Facebook Apple şirkətinin yeni konfidensiallıq siyasətini tənqid etmişdi. Həmin vaxtda o bildirmişdi ki, Apple şirkətinin yeni konfidensiallıq siyasəti Facebook-un reklam sistemindən asılı olan kiçik biznesə böyük zərər yetirə bilər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man