Deputatın təklifinə partiya sədrindən SƏRT REAKSİYA: “Bu vaxtilə olub və böyük faciələrlə nəticələnib”

08 May 2021 | 12:05
OXUNUB: 2633
Hələ 44 günlük müharibədən əvvəl Azərbaycanda bir sıra siyasilər Müdafiə naziri vəzifəsini mülki şəxsin tutmasını təklif edirdilər. Lakin o zaman ərazilərimizin bir hissəsinin işğal altında olduğu əsas gətirilərək, bu təklifə o qədər də ciddi önəm verilmirdi. Müharibə bitdikdən sonra isə, sözügedən təklif deyəsən yenidən aktuallaşıb. Belə ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuata açıqlamasında Müdafiə nazirinin mülki şəxs olması ideyası ilə çıxış edib.
 
Məsələ ilə bağlı Sfera.az-a danışan hərbçi ekspert İbrahim Rüstəmlinin fikrincə, sözügedən vəzifədə mülki, yaxud hərbçi şəxsin əlyəşməsi o qədər də önəmli deyil.
  
Həmsöhbətimizə görə, əsas məsələ bu vəzifəni tutan şəxsin təcrübəsi, düşüncəsidir: 

"Hər hansı bir təşkilatın rəhbərliyinə, mülki şəxs, ya da çiynində general rütbəsi daşıyan şəxsin gətirilməsi arasında çox az fərq var. Kiminsə hərbçi, yaxud mülki şəxs olması məsələni kökündən və yaxud mahiyyəti baxımından həll etmir. Burada əsasən həmin posta gətirilən insanın çevik düşüncə tərzi, mövqeyi, təcrübəsi və yanaşması rol oynayır. Həmin vəzifəyə gətirilən mülki şəxs və yaxud hərbçinin düşüncəsi, təcrübəsi yetərincə olmasa, orada heç nə dəyişməyəcək. Bu mənada müdafiə naziri postunda mülki, yaxud da hərbçinin əyləşməsi o qədər də böyük əhəmiyyət daşımır. Gur-gur guruldayan Rəhim Qazıyev kimilərini də tanıyırıq. Belələri vaxtilə xalqımızı pis günə qoydu”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə düşünür ki, Azərbaycanda Müdafiə nazirinin mülki şəxsdən seçilməsi yolverilməzdir: 

"Azərbaycanda vaxtilə mülki şəxs Müdafiə naziri olub. Hansı ki, onun bu vəzifədə olması böyük faciələrlə nəticələnib. Ona görə də fikrimcə, Müdafiə nazirinin mülki şəxs olması uğurlu variant sayıla bilməz”.

Rüfət SULTAN
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man