Azərbaycanda sosial şəbəkələr vasitəsilə saxta Rusiya sürücülük vəsiqələri satılır. Avtosfer.az xəbər verir ki, bu vəsiqələr Tiktok-da "Qarabazar.az" adlı səhifədə satışa çıxarılır və həmin səhifə vasitəsilə müştəri cəlb edilir. Hazırlanan vəsiqə o qədər peşəkarlıqla düzəldilir ki, orijinalından heç nəyi ilə fərqlənmir. Lakin vəsiqə ilə bağlı hər hansısa bir məlumat Rusiya Federasiyasının bazasında mövcud deyil. Bu vəsiqə ilə Azərbaycanda avtomobil idarə edən sürücülər isə qayda pozaraq yol polislərini aldatmağa cəhd edirlər.
Ümid edirik hüquq-mühafizə orqanlarının əməkdaşları bu vəsiqəni hazırlayan şəxsləri müəyyən edərək barələrində qanunamüvafiq qaydada tədbir görəcək.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man