Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini E.Muradova məxsus olan maşın mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olduğu aşkar edilmişdir. Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmayıb. Nəticədə o, məcburi saxlanılarkən avtomobili yol ayırıcısına vurub və avtomobildən düşüb qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilmişdir.
Araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man