Cəlilabadda yeniyetməni avtomobillə vuraraq öldürən müğənni saxlanılıb

Yol qəzaları 09 May 2021 | 23:15
OXUNUB: 975

Cəlilabad rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

Report xəbər verir ki, avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Nəzərov Nihad Ramil oğlunu vurub.

Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man