Son vaxtlar hibrid avtomobil idarə edənlərin sayı günü-gündən artmaqdadır. Hər il 5 minə yaxın hibrid avtomobili ölkəmizə gətirilir. Ətraf mühitin qorunması və yanacağa qənaət edilməsi məqsədilə insanların bu növ avtomobillərə üstünlük verməsi çox müsbət haldır.
Amma son zamanlar digər sürücülər hibrid idarə edənlərdən şikayətçidir. Səbəb isə odur ki, bu avtomobillərin sürücüləri yolun sağ və ya solu fərq etmədən, çox asta sürətlə hərəkət edir və nəticədə digərlərinə maneəçilik törədirlər. Məsələ ondadır ki, hibrid sürücüləri asta sürətlə idarə olunan avtomobilin yalnız elektriklə çalışdığını və bununla yanacağa qənaət etdiklərini düşünürlər.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, bu, yanlış düşüncədir. Hibrid avtomobillərində qənaət etmənin yolu başqadır.
“Toyota” Qafqaz şirkətinin Azərbaycandakı nümayəndəsi Sabir Kazımzadə hibrid avtomobilinə dair çox yararlı məlumatlar verib. Bu video ilə bilmədiyiniz məqamları aydınlaşdıra bilərsiz.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man