Göygöl rayonunda avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində xəsarət alanların kimliyi bilinib.
"Report"un məlumatına görə, bunlar avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Göygöl rayon Yeni Qızılca kənd sakini, Xeyirbəy İsmayılov və onun oğlu, 2006-cı il təvəllüdlü Elxan İsmayılovdur.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlardan E.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Report-un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" deyilən ərazinin yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man