Şirvanda qaydaları pozan sürücülər cərimələndi - FOTO

İctimai nəqliyyat 07 May 2021 | 13:13
OXUNUB: 765

Daxili İşlər Nazirliyinin (DİN) tədbirlər planına uyğun olaraq Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücüləri saxlayaraq onlarla maarifləndirici söhbətlər aparıblar, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.

Həmçinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrini və marşrut avtobuslarında sərnişinlərin mütləq qaydada tibbi maskadan istifadə etmələrini tapşırıblar.

Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man