Daha bir ölkədə “WhatsApp” üzərindən pulköçürmə funksiyası aktiv olub

Yeniliklər 06 May 2021 | 23:42
OXUNUB: 1582

“Facebook” şirkəti daha bir ölkədə “WhatsApp” messenceri üzərindən pulköçürmə funksiyasını əlçatan edib. İndi yalnız Hindistan sakinləri deyil, həmçinin Braziliya vətəndaşları bu imkandan yararlana bilərlər. Amma “WhatsApp Pay” funksiyası hələ ki istifadəçilərin bir hissəsinə əlçatandır.

Messencerin nümayəndələri bildiriblər ki, yaxın vaxtlarda daha çox istifadəçi yeni funksiyaya giriş imkanı əldə edəcək. “9to5Mac” nəşri yazır ki, pulköçürmə sisteminin daxilində komissiya yoxdur.

“WhatsApp Pay” funskiyasında yeganə məhdudiyyət pul köçürülməsinə qoyulmuş limitdir. İstifadəçi bir dəfəyə 184 dollardan çox pul göndərə bilməz. Pul köçürülməsi və qəbulu üçün aylıq limit 920 dollardır./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man